BolgeXeber.Com » Xəbərlər » Bərdədə şəhidlərin doğum günü qeyd olunub-FOTO

Bərdədə şəhidlərin doğum günü qeyd olunub-FOTO

26-08-2021, 18:59
Oxunub: 1 336 Bərdə rayonu Alpoud kəndindən olan vətən müharibəsi şəhidləri Rəhimli Elcan Ədalət oğlunun və Bərdə rayonu Kələntərli kəndindən olan şəhid Şükürov Sərvan Sarxan oğlunun ad günü münasibəti ilə şəhidlərimizin ailələri ziyarət olunmuş, məzarları üzərinə tər gül dəstələri qoyularaq yad edilmişdir.

Bolgexeber.com xəbər verir ki, Bərdə rayonu Alpoud kəndində keçirilən tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya, SHXÇDX-in nümayəndəsi Ceyhun Əsədov, Bərdə rayon UGİM-in direktoru Aynurə Əyyubova, Alpoud kənd orta məktəbinin müəllim və şagird kollektivi və kənd ictimaiyyəti iştirak etmişlər. Şəhid Elcan Rəhimlinin kənd ərazisində inşa olunan bulağının açılışı olmuş, məzarı ziyarət olunmuşdur.

Bərdə rayonu Kələntərli kəndindən olan şəhid Şükürov Sərvan Sarxan oğlunun doğum günü münasibəti ilə keçirilən tədbirdə Bərdə rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və böyük məsləhətçisi Ziya İsmayılzadə, SHXÇDX-in Bərdə rayon şöbəsinin nümayəndəsi Novruz Novruzov, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri İsmayıl Rüstəmov, ”Qarabağ qaziləri” İctimai Birliyinin sədri Surəddin Səfərov, şəhidin qulluq etdiyi N saylı hərbi hissənin nümayəndələri və kənd ictimaiyyəti iştirak etmişlər.

Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açmışlar. Şəhidlərimizin ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.