BolgeXeber.Com » Xəbərlər » Nazir rəis müavinini işdən çıxardı

Nazir rəis müavinini işdən çıxardı

24-08-2021, 10:21
Oxunub: 752 Azərbaycanda rəis müavini işdən azad olunub. 
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.
Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.