Bərdədə şəhid Elzamin Təhməzovun adına olan bulaq kompleksinin açılışı olub-FOTO
31-08-2021, 15:34
Oxunub: 1 784
Bolgexeber.com xəbər verir ki, Bərdə rayonunda şəhid polkovnik-leytenant Elzamin Kamal oğlu Təhməzovun adına olan bulaq kompleksinin açılışı olmuşdur.
30 avqust 2021-ci il tarixdə Bərdə rayonunun Uğurbəyli kəndindən olan şəhid Elzamin Kamal oğlu Təhməzovun adına olan abidə bulaq kompleksinin açılışı olmuşdur. Şəhidimizin ailəsi ziyarət olunmuş, abidə bulaq kompleksinin üzərinə tər gül dəstələri qoyularaq şəhidimiz yad edilmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və böyük məsləhətçisi Ziya İsmayılzadə, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov, QMƏVŞA İcitmai Birliyinin rayon filialının sədri Etibar Hüseynova, şəhidin qulluq etdiyi N saylı hərbi hissənin nümayəndələri, döyüş yoldaşları, şəhid ailələri və kənd ictimaiyyəti iştirak etmişlər. Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açmışlar.
Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes