BolgeXeber.Com » Xəbərlər » Üç rayona yeni polis rəisi təyin edildi - ƏMR

Üç rayona yeni polis rəisi təyin edildi - ƏMR

31-08-2021, 17:15
Oxunub: 5 440 Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.
Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.