BolgeXeber.Com » Xəbərlər » Polis COVID-19 pasportu olmayanları cərimələyəcək? - VİDEO

Polis COVID-19 pasportu olmayanları cərimələyəcək? - VİDEO

1-09-2021, 13:42
Oxunub: 1 648 "Kütləvi şəkildə COVID-19 pasportlarının yoxlanılması anlayışı yoxdur. Çünki vaksinasiya könüllüdür və yalnız məhdudlaşdırılan sahələrdə - iri ticarət mərkəzlərində, mehmanxanalar və ictimai iaşə obyektlərində mütləq qaydada COVID-19 pasportları yoxlanacaq”.

Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.

O, əlavə olaraq qeyd edib ki, həmin ünvanlara COVID-19 pasportu olmadan daxil olanlar barədə ciddi tədbirlər görüləcək.