BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda yeniyetmələrə bu şərtlərlə vaksin vurulacaq - RƏSMİ

Azərbaycanda yeniyetmələrə bu şərtlərlə vaksin vurulacaq - RƏSMİ

7-09-2021, 11:31
Oxunub: 800 Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndi vurulacaq.

Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.