BolgeXeber.Com » Xəbərlər » Həbsdə olan sabiq icra başçısı vəfat etdi

Həbsdə olan sabiq icra başçısı vəfat etdi

8-09-2021, 13:21
Oxunub: 1 208 Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.
"Report"un məlumata görə, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb.
Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.