BolgeXeber.Com » Xəbərlər » Yaqut Qarayevadan vaksinlə bağlı AÇIQLAMA

Yaqut Qarayevadan vaksinlə bağlı AÇIQLAMA

9-09-2021, 12:30
Oxunub: 952 "Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər”.
Bunu açıqlamasında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil:
"Vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir. PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz”.