BolgeXeber.Com » Xəbərlər » Xoşagəlməz videosu yayılan Vüsal Həsənli YAP Salyan rayon təşkilatının sədr müavini deyil - YAP-dan AÇIQLAMA

Xoşagəlməz videosu yayılan Vüsal Həsənli YAP Salyan rayon təşkilatının sədr müavini deyil - YAP-dan AÇIQLAMA

10-09-2021, 14:18
Oxunub: 968 “Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının Vüsal Həsənli adlı nəinki sədr müavini, rayon təşkilatı aparatının heç bu adlı əməkdaşı belə olmayıb".

Bunu APA-nın sorğusuna cavab olaraq YAP Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə xoşagəlməz görüntüləri yayılan Vüsal Həsənli YAP Salyan rayon təşkilatının sədr müavini kimi təqdim olunub.