BolgeXeber.Com » Xəbərlər » Avtobus, minik avtomobilləri və sərnişinlərinin Azərbaycana giriş qaydası müəyyənləşib
Avtobus, minik avtomobilləri və sərnişinlərinin Azərbaycana giriş qaydası müəyyənləşib
11-09-2021, 11:07
Oxunub: 992
Avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması qaydası müəyyənləşib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla, avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:
sərhəd mühafizə orqanları avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin DSBM-in ərazisinə daxil olmasını təmin edirlər;
avtobusların və minik nəqliyyat vasitələrinin, habelə onlarla hərəkət edən şəxslərin üzərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə onlar sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;
avtobuslarla və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər sərhəd mühafizə orqanları tərəfindən sərhədkeçmə nəzarəti kabinələrinə istiqamətləndirilir və onların, habelə nəqliyyat vasitələrinin barəsində məlumatlar bu Qaydaların 2.4-cü bəndində göstərilən hərəkətlər yerinə yetirilməklə İAMAS-a daxil edilir. Avtobusları və minik nəqliyyat vasitələrini tərk edə bilməyən sərnişinlər (xəstə, əlil və s.) nəqliyyat vasitələrindən düşürdülmədən onların biometrik qeydiyyatı aparılmaqla, sənədlərin rəsmiləşdirilməsi sərhəd mühafizə orqanları tərəfindən avtobusların və minik nəqliyyat vasitələrinin daxilində İAMAS-ın səyyar stansiyaları vasitəsilə həyata keçirilir;
sərhəd nəzarəti başa çatdıqdan sonra avtobuslar və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər barəsində qaydaların bəndlərinin tələblərinə uyğun olaraq gömrük nəzarəti həyata keçirilir.
Avtobuslardan və minik nəqliyyat vasitələrindən istifadə etmək və ya barələrində sərəncam vermək səlahiyyətinə malik olan şəxslər həmin nəqliyyat vasitələrinə dair sənədləri (nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri, etibarnamələr və s.) gömrük orqanları tərəfindən VAİS-də qeydiyyatının və rəsmiləşdirilməsinin aparılması məqsədilə məlumat lövhələri ilə işarələnmiş yerlərə təqdim edirlər.
DSBM-ə daxil olan avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər