Ağsuda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb
11-09-2021, 11:32
Oxunub: 1 064
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağsu şəhər sakini Cahangir Pənahov şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
Araşdırma zamanı C.Pənahovun narkotik vasitəni 10 manata Cavid Fərəcovdan aldığı müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Üzərinə, eləcə də yaşadığı ünvana keçirilən baxış zamanı heroin, elektron tərəzi və şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər