BolgeXeber.Com » Xəbərlər » Yeniyetmələrdən iri ticarət mərkəzlərinə girişdə COVID pasportu tələb edilir? - AÇIQLAMA
Yeniyetmələrdən iri ticarət mərkəzlərinə girişdə COVID pasportu tələb edilir? - AÇIQLAMA
11-09-2021, 12:05
Oxunub: 936
Məlum olduğu kimi, ictimai iaşə müəssisələrinə, hotellərə və iri ticarət mərkəzlərinə gedərkən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur. Qayda tətbiq edilməyə başladıqdan sonra sözügedən obyektlərə daxil olanlar arasında xeyli narazılıqlar yaranıb.
İddialara görə, "Mall"lara, kafe və restoranlara gedən müştərilər "e-təbib" tətbiqindən peyvənd olunduqlarını təsdiqləyən onlayn sənədi göstərsələr də, onlardan şəxsiyyət vəsiqələri tələb olunur. Bəzi hallarda isə cüssəli görünən yeniyetmələrdən də COVID-19 pasportu istənilir, şəxsiyyət vəsiqəsi üzərində olmayıb yaşını təsdiqləyə bilməyənlər içəri buraxılmır. Vətəndaşlar bu amilləri daha çox yoxlanış aparanların təcrübəsizliyi ilə əlaqələndirir.
Bununla bağlı danışan "Gənclik Mall" ticarət mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, yoxlanış zamanı əsas prioritet şəxsiyyət vəsiqəsidir:
"Vətəndaşların COVID-19 pasportlarının yoxlanılması üçün Elektron Hökumətin İnkişafı Mərkəzinin yaratdığı xüsusi mobil tətbiqdən istifadə olunur. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun peyvənd pasportunun olub-olmamasını müəyyən edir. COVID-19 pasportunun QR kodunu oxutduqda tətbiqdə heç bir şəkil çıxmadığına görə biz əlavə olaraq şəxsiyyət vəsiqəsini tələb etməli oluruq. Vaksin pasportunun QR kodunu oxutduqda yaşıl hərflərlə peyvənd olunduğu göstərilir. Təbii ki, biz dəqiqləşdirmə aparmaq üçün şəxsiyyət vəsiqəsini istəyirik. Çünki başqasının COVID-19 pasportu da göstərilə bilər. Bu isə təhlükə daşıyır".
Qeyd olunub ki, əsas giriş qapılarında 3 mühafizə əməkdaşı, digər qapılarda isə 1 və ya 2 mühafizə heyəti yoxlama işləri aparır:
"Əməkdaşlarımız yoxlanış qaydaları ilə bağlı təlimat alıblar. Yeniyetmələr məsələsinə gəlincə, bəzi uşaqlar yaşlarından daha böyük görünür deyə, biz təhlükəsizlik məqsədilə yoxlanış edirik. Burada məqsədimiz dövlətin ticarət mərkəzlərinə qoyduğu qanunlara tam əməl etməkdir". //Axar.az//
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər