BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda dərsliklərlə bağlı yeniliklər tətbiq edilib- AÇIQLAMA

Azərbaycanda dərsliklərlə bağlı yeniliklər tətbiq edilib- AÇIQLAMA

16-09-2021, 13:43
Oxunub: 832 Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda təlim-seminarda "Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər" mövzusunda çıxış edib.

R.Əzizov qeyd edib ki, "Azərbaycan dili", "Riyaziyyat" və "Математика" yeni nəsil dərslik komplektləri artıq 2-ci ildir 1-ci siniflərdə tədris edilir:

“2-ci siniflər üçün iki il pilot layihə əsasında sınaqdan keçirilib. 3-cü və 4-cü siniflər üçün isə 230 məktəbdə pilot layihə kimi sınağı təşkil ediləcək”.

Təhsil İnstitutunun direktoru bildirib ki, "Azərbaycan dili" və "Riyaziyyat" dərslikləri tamamilə yenilənib:

“ Eyni zamanda, ibtidai siniflərdə xarici dilin tədrisi üçün "English Happy Campers" dərslik komplektləri alınıb və yerli məzmuna uyğunlaşdırılıb. 2019-2020-ci tədris ilində 1-ci sinifdə, 2020-2021-ci tədris ilində 2-ci sinifdə ölkə üzrə 144 pilot məktəbdə tətbiq üçün Təhsil Nazirliyinə təhvil verilib,2021/2022-ci tədris ilində 3-cü sinifdə pilot sınağı keçiriləcək. "Həyat bilgisi" dərsliyində təbiət fənlərinə aid hissələr artırılıb”.