BolgeXeber.Com » Xəbərlər » "Atlant" İstirahət Mərkəzindən ŞİKAYƏT: - "Siqaret kötüyü, ağac yarpaqları, topa saç, salfet, tum qabığı..."

"Atlant" İstirahət Mərkəzindən ŞİKAYƏT: - "Siqaret kötüyü, ağac yarpaqları, topa saç, salfet, tum qabığı..."

16-09-2021, 18:14
Oxunub: 880 "Atlant" İstirahət Mərkəzinindən şikayət var.

Sonxeber.az-ın məlumatına görə, şikayətçi həftə sonunu keçirmək üçün "Atlant" İstirahət Mərkəzinə üz tutsa da, orada gördüklərindən dəhşətə gəlib:

"Həftəsonu turla buraya əylənməyə gəlmişdik. Amma deyə bilərəm ki, əvvəlki "Atlant"dan əsər-əlamət qalmayıb: otaqları çox köhnəlib və əsaslı təmirə ehtiyacı var.

Hovuzlar bərbad vəziyətdədir: siqaret kötüyü, ağac yarpaqları, topa saç, salfet, tum qabığı, bir sözlə, nə desəniz, var. Üzməyə maneçilik törətmir, amma ki, xoş vəziyət deyil. Hovuza girəndə elə bil Xəzər dənizinə girirsən. Kənarları yarpaqlarla doludur. Suyun altinda 1 metr qabagi görmək mümkün deyil. Bir sözlə, təmizləmirlər.

Sürüşkənlər çirklidir və yalnız 1-2-si işləydiyi üçün sıxlıq yaranır. Gunorta 1 saatlıq, axşam da saat 17:00-17:30-dan sonra bağlayırlar.

Mərkəzdəki bilyard masalari köhnəlib, attraksionların çoxu işləmir.

Səhər yeməyi çox pis olmasa da, keyfiyyətsizdir. (Nahar və axşam yeməyi barədə məlumatım yoxdur.)

Tək müsbət cəhəti yaşıllıq və ağaclardır".

Qarşı tərəfin mövqeyini öyrənmək üçün əlaqə saxladıq. Bizə zəng edib açıqlama verəcəklərini bildirsələr də, heç bir xəbər çıxmadı.