BolgeXeber.Com » Xəbərlər » Səyyad Əlizadə ECMO cihazına qoşuldu

Səyyad Əlizadə ECMO cihazına qoşuldu

17-09-2021, 11:30
Oxunub: 872 Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.
Bu barədə sənətçinin bacısı Səidə Əliyeva bildirib.
Onun sözlərinə görə, S.Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb.
Xatırladaq ki, ötən gün bacısı köməklik göstərilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi. Daha sonra S. Əlizadə Zığda yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü.