BolgeXeber.Com » Xəbərlər » Sumqayıt şəhər Polis İdarəsində YENİ TƏYİNATLAR - ƏMR

Sumqayıt şəhər Polis İdarəsində YENİ TƏYİNATLAR - ƏMR

24-09-2021, 13:40
Oxunub: 1 608  Sumqayıt şəhər Polis İdarəsində yeni təyinatlar olub.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin rəisi, polis kapitanı Xalid Günəsov tutduğu vəzifədən azad edilərək 3-cü polis bölməsinin rəisi təyin edilib.

Vilayət Eyvazovun digər əmri ilə Sumqayıt şəhər Polis İdarəsi rəisinin köməkçisi, polis polkovnik -leytenantı Bəhruz Musayev isə 2-ci polis bölməsinin rəisi təyin edilib.