Dövlət Himni ilə bağlı yeni qərar
22-09-2021, 19:11
Oxunub: 800
"Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 115 nömrəli qərarında dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının keçirdiyi Azərbaycan Respublikasının bayramlarına, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələrə həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən) ifa ediləcək.
Qərara dəyişiklikdən əvvəl isə Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının keçirdiyi Azərbaycan Respublikasının bayramlarına, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələrə həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən) ifa edilirdi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər