BolgeXeber.Com » Xəbərlər » Bakıda azyaşlı qızlar fahişəlik edir? - RƏSMİ - VİDEO

Bakıda azyaşlı qızlar fahişəlik edir? - RƏSMİ - VİDEO

4-10-2021, 11:28
Oxunub: 5 000 Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Bakının Memar Əcəmi metrosunun yaxınlığında yerləşən çay evlərində çalışan azyaşlı qızların əks olunduğu görüntülər yayımlanıb. Görüntüləri yayan bloger Jam Quliyevin sözlərinə görə, bu obyektlərdə işləyən qızların çoxu azyaşlıdır və burada əxlaqsızlıq təbliğ edilir.

O, daha sonra yayımladığı digər bir görüntüdə Daxili İşlər Nazirliyinin həmin ərazidə əməliyyat keçirdiyini və ümumilikdə 31 nəfərin saxlanıldığını bildirib.
****
Sosial şəbəkələrdə Nəsimi rayonunda azyaşlı qızların fahişəliklə məşğul olmasına dair paylaşımlarla bağlı Daxili İşlər Nazirliyində araşdırmalara başlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.