Məcburi peyvəndləmə aparıla bilər - Nazir müavinindən XƏBƏRDARLIQ
7-10-2021, 15:29
Oxunub: 1 016
"Yaşlı əhalinin dispanserizasiyası tənzimlənmir. Ola bilsin ki, bu məsələyə qayıdılsın”.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən "Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.
O bildirib ki, yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür: "Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb”.
V.Qasımov bəzi hallarda peyvəndin məcburi olması ilə bağlı məsələyə də münasibət bildirib: "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda göstərilir ki, peyvənd könüllü aparılır. Lakin müəyyən xəstəliklər baş verdikdə məcburi peyvəndləmə aparıla bilər.
Qanunda Nazirlər Kabinetinin qərarı ilə hansı xəstəliklər baş verdikdə hansı kateqoriyadan olan insanların məcburi peyvənd olunması məsələsi sadalanıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə baxmaq olar”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə