BolgeXeber.Com » Xəbərlər » Şabran sakinindən metamfetamin aşkar edilərək götürülüb

Şabran sakinindən metamfetamin aşkar edilərək götürülüb

7-10-2021, 17:37
Oxunub: 1 184 Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.
O bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Vicay Rəsulov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.