BolgeXeber.Com » Xəbərlər » Ərini başqa kişiylə aldadan qadının gündəliyi üzə çıxdı: Hər şeyi ora yazıbmış

Ərini başqa kişiylə aldadan qadının gündəliyi üzə çıxdı: Hər şeyi ora yazıbmış

11-10-2021, 16:00
Oxunub: 1 064 Həyat yoldaşının Ankarada saxladığı gündəliyi oxuyan adam aldadıldığını öyrənib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən səhifələri iş sənədlərinə sübut olaraq qoyan ər həyat yoldaşına qarşı açdığı boşanma iddiasını qazanıb.

Məlumata görə, qadın evdən çıxandan sonra Ahmet S. qarderobdakı qadına aid gündəliyi görüb. Evləndikdən sonra həyat yoldaşının kiminlə əlaqədə olduğunu da bu gündəlik vasitəsilə öyrənib.

Qadının 2011-ci ildə evlənməzdən əvvəl yazdığı ifadəsində "Ərim bu gün məni məhv etdi. Bəlkə də mənə qarşı ilk dəfə bu qədər qəddar davrandı. Ona heç nə deyə bilmərəm. Çox əsəbiləşir, düz deyir, Onu aldatdım. Həmişə özümü müdafiə edirdim. Ancaq onu aldatdığımı təsdiq edirəm. O özü bu həddə gətirdi". 
 
Bu qeydləri görən Ahmet həyat yoldaşı Banunun universitet illərindən bəri münasibətdə olduğunu öyrənib.

Qeyd edək ki, Banu və Mehmetin 24 səhifəlik yazışmalarını və gündəlik qeydlərini vəkilinə verən Ahmet S., evliliyinin təməli sarsıldığı üçün həyat yoldaşı ilə boşanma iddiası açıb və boşanıb.