Bu gün Hikmət Hacıyevin doğum günüdür
15-10-2021, 16:46
Oxunub: 1 024
Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günüdür.
Onun 42 yaşı tamam olur.
Qeyd edək ki, H.Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub. O, Gəncədəki 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrində tam ali təhsil alıb.
H.Hacıyev NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzi və Belçikanın ULB Universitetinin magistr pilləsinin məzunudur.
H.Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveyt və Misirdəki səfirliklərində çalışıb.
H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib. O, "Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.
29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Rus, türk, ingilis və fransız dillərini bilir. Ailəlidir, iki övladı var.
"Report" İnformasiya Agentliyinin kollektivi Hikmət Hacıyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər