BolgeXeber.Com » Xəbərlər » Millət vəkili İcra Hakimiyyəti başçısının müavini ilə şəhid ailəsinə baş çəkdilər – FOTO

Millət vəkili İcra Hakimiyyəti başçısının müavini ilə şəhid ailəsinə baş çəkdilər – FOTO

22-10-2021, 10:34
Oxunub: 1 624 Bolgexeber.com xəbər verir ki, millət vəkili Musa Qasımlı Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyevlə birlikdə baş leytenant, tank bölük komandiri, şəhid Məmiyev Valeh İsbat oğlunun valideynlərinə baş çəkib. 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olan V. Məmiyev 2015-ci il dekabr ayında leytenant rütbəsi ilə tank tağım komandiri kimi Vətənə xidmətə başlayıb. 2018-ci ildə tank bölük komandiri vəzifəsinə yüksəlib. Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubileyi medalı ilə təltif edilib. 2020-ci ildə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak edib. Təlimlərin sonunda Türkiyə Cümhuriyyətinin müdafiə naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif olunub. Vətən müharibəsində iştirak edən V.Məmiyev oktyabrın 23-də Qubadlı döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 24-də doğma kəndində dəfn olunub. Ölümündən sonra Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!