BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda “Azad Qubadlım” adlı tarix dərsi keçirilmişdir

Hacıqabulda “Azad Qubadlım” adlı tarix dərsi keçirilmişdir

25-10-2021, 16:22
Oxunub: 1 632 Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinin I ildönümünə həsr olunmuş “Azad Qubadlım” adlı tarix dərsi keçirilmişdir
2020-ci il 27 sentyabr-8 noyabr Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar olaraq Hacıqabul rayon Mədəniyyət və Təhsil müəssisələrinin birgə hazırladıqları tədbirlər planına əsasən 25.10.2021-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Azad Qubadlım” adlı tarix dərsi keçirilmişdir. Dəsdə rayon 1 nömrəli tam orta məktəbin bir müəllimi və 9-cu sinif şagirdləri (19 məfər) iştirak etmişlər.
Mərkəzin direktoru Aytən İmanova məktəbliləri salamlamış, onları Heydər Əliyev Mərkəzində açılmış “Dəmir Yumryq” adlı sərgi ilə tanış etmişdir. Əvvəlcə I və II Qarabağ müharibəsində canlarından keçmiş Hacıqabul şəhidlərinin foto şəkillərinə baxılmışdır. Həmçinin məktəbliləri sərgidəki rəsm əsərləri, əl işləri ilə tanış edərək qeyd etmişdi ki, sərgidəki rəsmlər rayonun kənd uşaqları tərəfindən Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Zəfər yolu” adlı rəsm müsabiqəsinə göndərilən rəsmlərdir. Onlayn yolla Mərkəzin facebook səhifəsində keçirilən müsabiqə artıq başa çatmışdır. Sonra A.İmanova məktəblilərə sərgidə yer alan, Yeni Azərbaycan Partiyası tərəfindən nəşr olunmuş və 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər səlnaməsi” və İlham Əliyevin “İnkişaf–Məqsədimizdir” adlı kitabları, Mərkəzin əməkdaşları tərəfindən “Mədəni-İrs” qəzetində dərc olunmuş və 44 günlük Vətən müharibəsi iştirakçılarına həsr olunmuş qəzet məqalələri haqqında məlumat vermişdir. Mərkəzin direktoru uşaqları Mərkəzdə keçirilən müsabiqələrdə fəal iştirak etməyə dəvət etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dərs dəyirmi masa ətrafında davam etdirilmişdir. Mərkəzin direktoru Aytən İmanova Qubadlının azad olunmasından, keçən bir il ərzində işğaldan azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq işlərindən söhbət açmışdır. Qeyd etmişdir ki, işğaldan azad olunmuş torpaqlarımızın hər qarışında Şəhidlərimizin müqəddəs qanı axıdılıb. Ona görə o torpaqlar indi bizim üçün daha da dəyərlidir. Vətən uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra 1 saylı məktəbin tarix müəllimi Aynurə Heydərova, Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev 44 günlük Vətən müharibəsindən, Zəfər tarixi yazmış qəhrəmanlarımızdan geniş söhbət açmışlar. Sonra 9-cu sinif şagirdləri Qubadlının işğaldan azad olunmasından danışmışlar.
Dərsin sonunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Əsrə bərabər 44 gün” sənədli filminə tamaşa edilmişdir.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru