BolgeXeber.Com » Xəbərlər » Polad Həşimovun anası Rəsulzadənin məzarını ziyarət etdi - FOTOLAR

Polad Həşimovun anası Rəsulzadənin məzarını ziyarət etdi - FOTOLAR

28-10-2021, 15:54
Oxunub: 1 448 Azərbaycanın Milli Qəhrəmanı, Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Türkiyədəyə səfəri çərçivəsində Məhəmməd Əmin Rəsulzadənin məzarını da ziyarət edib.
Səmayə ananın ziyarətindən çəkilmiş fotolar sosial şəbəkələrdə çoxsaylı izləyicilər tərəfindən alqışlanıb.

Səmayə Həşimovanın dünən  - oktyabrın 27-də Ankaradakı "Əsri" məzarlığına gedərək, Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin məzarına baş çəkdiyi bildirlir.

Qeyd edək ki, Şəhid generalın anası Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankaradakı mavzoleyini - "Anıtqəbri" də ziyarət edib.

Xatırladaq ki, Türkiyənin Bursa şəhərində general-mayor Polad Həşimovun adına park açılıb.