BolgeXeber.Com » Xəbərlər » "Facebook" adını dəyişdi: Yeni adı belə olacaq

"Facebook" adını dəyişdi: Yeni adı belə olacaq

29-10-2021, 09:57
Oxunub: 1 608 Feysbuk şirkəti adını “Meta” olaraq dəyişdirib.
Bunu Feysbukun rəhbəri Mark Zukerberq elan edib.
“Feysbuk “metakainat” qurmağa olan diqqətini əks etdirmək üçün adını dəyişdirir”, - Zukerberq deyib.
Qeyd edək ki, “Meta” adı şirkəti ehtiva edir. “Meta” adı altında Feysbuk, İnstaqram, Votsap kimi şirkətlər birləşəcək. Şirkət metakainat yaratmaq üçün Avropa İttifaqı ölkələrindən 10 minə qədər şəxsi işə götürəcək.
“Mark Zukerberq Feysbuk ana şirkətinin adını “Meta”ya dəyişdi. Bu isə o anlama gəlmir ki, istifadə etdiyimiz Feysbuk sosial şəbəkəsi “Meta” adlanacaq. “Meta” şirkəti çəmbərində Facebook, Instagram, WhatsApp, Oculus kimi alt şirkətlər yer alacaq”, - tanınmış texno-bloqer Fərid Pərdəşünas dəyişikliklə bağlı məsələyə aydınlıq gətirib.