BolgeXeber.Com » Xəbərlər » Qonaqları qeydiyyatdan keçirməyən toy inzibatçısı 4000 manat cərimələndi

Qonaqları qeydiyyatdan keçirməyən toy inzibatçısı 4000 manat cərimələndi

29-10-2021, 11:35
Oxunub: 1 232 Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Nəvahı kəndi ərazisində yerləşən "Şahsaray" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adı çəkilən şadlıq sarayının inzibatçısı Fariz Cəfərov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.
Yol verilən qayda pozuntusu ilə bağlı həmin şəxs 4000 manat məbləğində cərimə olunub.