BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda dəhşətli hadisə: Ata oğlunun toyuna 1 gün qalmış özünü öldürdü

Azərbaycanda dəhşətli hadisə: Ata oğlunun toyuna 1 gün qalmış özünü öldürdü

29-10-2021, 15:00
Oxunub: 1 144
Bolgexeber.com Qafqazinofo-ya istinadən xəbər verir ki, intihar hadisəsi bu gün səhər saatlarında Qax rayonunun Güllük kəndində baş verib. Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Musayev Nadir Reyzullah oğlu özünü həyətdəki köməkçi tikilidən asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, sabah, yəni oktyabrın 30-u Nadir Musayevin oğlu Yaqub Musayevin toy mərasimi keçiriləcəkmiş.

Faktla bağlı araşdırma aparılır.