BolgeXeber.Com » Xəbərlər » Baş Klinik Hospitalının rəisi işdən çıxarıldı: - Onu kim əvəz etdi?

Baş Klinik Hospitalının rəisi işdən çıxarıldı: - Onu kim əvəz etdi?

29-10-2021, 16:08
Oxunub: 2 192 Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Vüqar Mürsəlov tutduğu vəzifədən azad edilib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, bir müddət əvvəl Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsinin icrası tibb xidməti polkovniki Roman Çobanova həvalə edilib.