BolgeXeber.Com » Xəbərlər » Hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq

Hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq

3-11-2021, 10:30
Oxunub: 952 Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Xidmətdən bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.