BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

3-11-2021, 15:21
Oxunub: 752 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
 
Son sutkada koronavirus (COVID-19) əleyhinə 45 561 vaksin vurulub.
 
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 418 nəfərdir.