BolgeXeber.Com » Xəbərlər » Bölgələrdə ağac əkini davam edir-FOTOLAR

Bölgələrdə ağac əkini davam edir-FOTOLAR

4-11-2021, 08:51
Oxunub: 2 400 Ekoloji tarazlığın qorunması günün aktual problemidir.
Azərbaycanda təbiətin mühafizəsi, ətraf mühitin qorunması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məqsədyönlü iş aparılır. 
Bolgexeber.com bildirir ki,  Ağcabədi   RMTM-nin 7 hektar meşə ərazisində göyrüş və qarağac cinsli 3800 ədəd ting, Sabirabad RMTM-nin Şirvan meşəbəyliyinin Axtaçı Muğan kəndindəki 2 hektar meşə ərazidə isə göyrüş və iydə cinsli tinglər əkilmişdir.
ETSN-nin yerli ekologiya idarələrindən Bolgexeber.com-a bildirdilər ki:"Ərazilərdə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən  "Yaşıl Marafon" kampaniyası çərçivəsində ağac əkini davam edir və tərəfimizdən nəzarət tədbirləri həyata keçiriləcək".