BolgeXeber.Com » Xəbərlər » Tərtərdə Vətən müharibəsi şəhidinin il mərasimi keçirilib

Tərtərdə Vətən müharibəsi şəhidinin il mərasimi keçirilib

4-11-2021, 17:30
Oxunub: 1 760 Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Məmmədli Tural Aqil oğlu 1998-ci il martın 22-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 4-də Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
Şəhid Məmmədli Tural 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.