BolgeXeber.Com » Xəbərlər » Tərtərdə Zəfər Günü münasibətilə bayram konserti və möhtəşəm atəşfəşanlıq olub

Tərtərdə Zəfər Günü münasibətilə bayram konserti və möhtəşəm atəşfəşanlıq olub

9-11-2021, 11:55
Oxunub: 1 880 8 Noyabr-Zəfər Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Tərtər şəhərinin Mərkəzi Meydanında təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, Qarabağ Müharibəsi veteranları, minlərlə tərtərli və şəhərin qonaqları iştirak edib.
Konsertdə Respublikanın Əməkdar artisti Gülüstan Əliyevanın və Bərdə Regional Mədəniyyət İdarəsinin özfəaliyyət kollektivlərinin üzvlərinin ifasında musiqilər səsləndirilib.
Konsertin sonunda rayon sakinləri gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.