BolgeXeber.Com » Xəbərlər » Salyanda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu

Salyanda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu

11-11-2021, 11:34
Oxunub: 1 160 Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı rayonun Yenikənd kəndində yerləşən “İSAQ PLAZA” şadlıq sarayında qaydaların pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə adıçəkilən şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

Qaydaları pozan şadlıq sarayının sahibi Səxavət Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və o, 4000 manat cərimə edilib