BolgeXeber.Com » Xəbərlər » Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi-VİDEO

Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi-VİDEO

13-11-2021, 17:23
Oxunub: 1 864 Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.
“Qafqazinfo”nun məlumatına görə, şəhidin bacısı 2006-cı il təvəllüdlü Tamilla Ağazadə ötən gün hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbin 10-cu sinif şagirdi olub.
Faktı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər. 
Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.