BolgeXeber.Com » Xəbərlər » Bakının bu hissəsində "xruşovka"lar sökülür

Bakının bu hissəsində "xruşovka"lar sökülür

15-11-2021, 12:02
Oxunub: 1 384 Bakının Yasamal rayonunda "xruşovka"ların mərhələli şəkildə söküntüsünə başlanılıb.
Hazırda A.M.Şərifzadə və İ. Taılıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü iş aparılır.

Yasamal İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

"Layihə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini "SmartDom" MMC şirkəti aparır. Pilot layihə deyil", - deyə o əlavə edib.