BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov onu şöbə rəisi TƏYİN ETDİ - ƏMR

Vilayət Eyvazov onu şöbə rəisi TƏYİN ETDİ - ƏMR

17-11-2021, 10:31
Oxunub: 1 408 Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinə yeni rəis təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Hikmət Quliyev təyinat alıb.

O, bu təyinatadək Baş İctimai Təhlükəsizlik İdarəsində çalışıb.