BolgeXeber.Com » Xəbərlər » Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

17-11-2021, 15:19
Oxunub: 784 Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.