BolgeXeber.Com » Xəbərlər » Xaçmazda 17 yaşlı gənc itkin düşdü - FOTO

Xaçmazda 17 yaşlı gənc itkin düşdü - FOTO

18-11-2021, 10:51
Oxunub: 808 Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.