BolgeXeber.Com » Xəbərlər » "Zaqatala Rayon Mərkəzi Xəstəxanası haqda yazılanlar əsassızdır"-TƏKZİB

"Zaqatala Rayon Mərkəzi Xəstəxanası haqda yazılanlar əsassızdır"-TƏKZİB

22-11-2021, 09:21
Oxunub: 26 176 Bəzi mətbu orqanlarda bir qrup vətəndaşın Zaqatala Rayon Mərkəzi Xəstəxanası Zaqatala Diaqnostika Mərkəzi ilə birləşdirildikdən sonra  orada həkimlərin yerdəyişməsi ilə ilə bağlı guya neqativ halların baş verməsi haqda məlumat gedib.
Bolgexeber.com məsələ ilə bağlı  Zaqatala Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb.
Xəstəxanadan redaksiyamıza bildirdilər ki,yazılanlar həqiqətə uyğun deyil və tamamilə əsassızdır:
“Bu tip məlumatlar böhtan xarakteri daşıyır və həmin böhtanı yayanlarla  bağlı xəstəxananın rəhbərliyi aidiyyatı dövlət qurumlarına müraciət edəcəklər”