BolgeXeber.Com » Xəbərlər » Bərdədə maarifləndirmə tədbirləri davam etdirilir

Bərdədə maarifləndirmə tədbirləri davam etdirilir

25-11-2021, 17:48
Oxunub: 1 752
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına məktəbdə “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb, bu bəlanın qurbanına çevrilən insanların sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Gənclərin bu bəlaya qurşanmaması üçün polis əməkdaşlarının narkomaniyaya qarşı apardığı genişmiqyaslı əməliyyat tədbirlərindən bəhs edən rəis, həmçinin maarifləndirici tədbirlərin də bu mənada mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Diskussiya şəklində davam etdirilən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.