BolgeXeber.Com » Xəbərlər » Nazirlikdən yazılanlara münasibət bildirildi

Nazirlikdən yazılanlara münasibət bildirildi

26-11-2021, 09:25
Oxunub: 2 520 Bildiyiniz kimi ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması dövlətimizin böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan onu qeyd etmək lazımdır ki, son zamanlar  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən görülən müsbət işlər göz qabağındadır.
 Belə ki, ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.
Son illər ETSN tərəfindən mütəmadi olaraq ağaclar əkilir, bölgələrdə yaşıllıqlar salınır,ekologiyanın,ətaf mühitin qorunması istiqamətində reydlər keçirilir, monitorinqlər aparılır. 
Lakin bu yaxınlarda bəzi mətbu orqanlarda ETSN fəaliyyəti haqda əsassız  və həqiqəti əks etdirməyən yazılar dərc olunub.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən saytımıza bildirdilər ki, həmin yazılar qarayaxma xarakteri daşıyır və ETSN-nin fəaliyyətini gözdən salmaq məqsədi güdür. 
Xidmətdən bildirdilər ki, böhtanla dolu yazıda ETSN -də kadr dəyişikliyi, vəzifə təyinatı ilə bağlı  səslənən fikirlər tamamilə həqiqətdən uzaqdır. Çünki xidmətdə  dövlət qulluğuna işə qəbul dövlət imtahanı əsasında keçirilir, nazirlik yerli ekolologiya idarələrinə heç kimi sifarişlə vəzifəyə təyin eləmir.
4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsindən isə Bolgexeber.com-a açıqlamada bildirdilər ki, bu tip yazılar qarayaxma kampaniyasından,yalandan  başqa bir şey deyildir:
“Ümumiyyətlə ərazidə ekologiyanın qorunması ilə bağlı yazıları yazanlar məsələləri dəqiqləşdirmək üçün əvvəlcədən bizimlə əlaqə saxlamaları yaxşı olardı.
Ən azından 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin  Xızı, Sumqayıt, Abşeron, Qobustan ərazilərində mütəmadi olaraq ağaclar əkilməsinin, yaşıllıqlar salınmasının ,ekologiyanın qorunmasına ciddi nəzarət edərək reydlərin, monitorinqlərin keçirilməsinin şahidi olardılar.
İdarədən bildirdilər ki, onların  əməkdaşları tərəfindən  ekologiyanı pozanlara qarşı protokol tərtib olunur, araşdırmalar aparılır , ətraf mühitə vurulan ziyan müqabilində cavabdeh müəssisələrə, fiziki şəxslərə qarşı iddialar qaldırılır, ekoloji qaydaların pozulmasına görə cavabdeh şəxslər müxtəlif məbləğlərdə inzibati qaydada cərimələnir, onlara icra üçün konkret tələblərdən ibarət   “məcburi göstəriş” verilir. 
Qanunu pozanlara qarşı işlər tədbir görülməsi üçün hüquq”“mühafizə orqanlarına , məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına   göndərilir”.