BolgeXeber.Com » Xəbərlər » Koronavirusa yoluxanların sayı açıqlandı

Koronavirusa yoluxanların sayı açıqlandı

27-11-2021, 17:09
Oxunub: 976 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 617 yeni yoluxma faktı qeydə alınıb, 1 979 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 584 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 333 nəfər müalicə olunaraq sağalıb, 7 789 nəfər vəfat edib. 26 999 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 982, bu günə qədər isə ümumilikdə 5 509 701 test icra olunub.