BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

30-11-2021, 12:16
Oxunub: 904 Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis kapitanı Tural Vəliyev Bərdə Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin rəisi vəzifəsinə təyin olunub. 

O, bundan əvvəl Bərdə RPŞ-nin əməkdaşı olub.