Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanılıb
1-12-2021, 13:52
Oxunub: 1 128
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranda pandemiya tələblərinin pozulduğu müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Turist” restoranına baxış keçirilən zaman təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, masalararası məsafənin gözlənilmədiyi, eləcə də xidmət personalının tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.
Karantin rejimi tələblərinin pozulması ilə əlaqədar obyekti sahibi Həsən Allahverdiyev barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, həmin obyektdə bir müddət öncə də qayda və tələblərə laqeyd yanaşıldığından restoranı işlədən şəxs 4000 manat məbləğində cərimə edilmişdi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər