BolgeXeber.Com » Xəbərlər » Abşeronun Mehdiabad qəsəbəsində yerləşən orta məktəblərdə narkomaniya əleyhinə profilaktik tədbirlər keçirilib

Abşeronun Mehdiabad qəsəbəsində yerləşən orta məktəblərdə narkomaniya əleyhinə profilaktik tədbirlər keçirilib

1-12-2021, 19:00
Oxunub: 992
Abşeron Rayon Polis İdarəsinin və Mehdiabad Polis Bölməsinin təşkilatçılığı ilə Mehdiabad qəsəbəsində yerləşən 1,2,3,4 və 5 saylı məktəblərdə və Digah qəsəbəsində yerləşən tam orta məktəbdə "Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda silsilə tədbirlər keçirilib.
Tədbirlərdə çıxış edən Abşeronn RPİ-nin əməkdaşları narkomaniyanın törətdiyi fəsadlar, cəmiyyətə vurduğu zərər, insan talelərinə faciəvi təsirləri haqda şagirdlərə geniş məlumat veriblər. Narkotiklərlə mübarizə sahəsində ölkədə aparılan işlər barədə söhbət açılıb, daxili işlər orqanları əməkdaşları tərəfindən bu istiqamətdə görülən məqsədyönlü tədbirlər, onların nəticələri barədə danışılıb.
Daha sonra çıxış rayon icra hakimiyyətinin, səhiyyə və təhsil idarələrinin nümayəndələri narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu qeyd ediblər, bu fəlakətli nəticələrin aradan qaldırılması üçün bütün cəmiyyətin birgə səylərinin uzlaşdırılmasının tələb olunduğunu diqqətə çatdırıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.