BolgeXeber.Com » Xəbərlər » Şirvanda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Şirvanda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

1-12-2021, 10:02
Oxunub: 824 Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, şəhər sakini Niyaməddin Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

N.Əliyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.