BolgeXeber.Com » Xəbərlər » Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

14-12-2021, 12:30
Oxunub: 896 Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.
Bu barədə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.

"Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək", - deyə G.Məmmədova bildirib.