BolgeXeber.Com » Xəbərlər » DİN jurnalistlərə müraciət etdi

DİN jurnalistlərə müraciət etdi

15-12-2021, 13:52
Oxunub: 912

"KİV nümayəndələri jurnalist gödəkçələrindən istifadə etməlidir".

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: "Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir".